Əsəd və Sisi arasında Qəzza görüşü


Misir lideri Sisi və Suriya prezidenti Əsəd İsrailin hücumları altında Qəzza zolağındakı son vəziyyəti müzakirə ediblər.

Turkustan.az xəbər verir ki, Misir prezidenti Əbdülfəttah əs-Sisi və Suriya lideri Bəşər Əsəd İsrailin hücumları altında olan Qəzza zolağı və bölgədə artan gərginliyin yaratdığı təhlükəni müzakirə ediblər.

Mövzu ilə bağlı Misir Rəyasət Heyətindən verilən yazılı açıqlamada Sisi ilə Əsədin telefonla danışdığı bildirilib. Qəzzadakı son vəziyyətin müzakirə edildiyi görüşdə Sisi ilə Əsədin bölgədəki gərginliyin ciddiliyi ilə bağlı fikir mübadiləsi apardığı qeyd edilib.

İclasda “münaqişə mühitinin genişlənməsinin qarşısının alınması və regional təhlükəsizlik və sabitliyin qorunub saxlanılmasının zəruriliyi”nə diqqət çəkilib və “Fələstinlilərin yerindən-yurdundan didərgin salınması cəhdlərinin tamamilə rədd edildiyi” vurğulanıb.

Qeyd olunub ki, Misir prezidenti Sisi görüş zamanı “Ölkəsinin Qəzza zolağında atəşkəsin təmin edilməsi, humanitar yardımların davamlı şəkildə çatdırılması və müstəqil Fələstin dövlətinin qurulması üçün səylərini davam etdirəcəyini” bəyan edib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ