Səid Cəlili: “Yeni prezidentə dəstək göstərilməlidir”


İranda keçirilən seçkilərdə Pezeşkiana məğlub olan Cəlili açıqlama verib.

Turkustan.az xəbər verir ki, İran Dövlət Televiziyasına açıqlama verən prezidentliyə namizəd nəticələrə hörmətlə yanaşdığını və rəqibini səmimiyyətlə təbrik etdiyini deyib.

Cəlili qeyd edib ki, ölkənin tərəqqisi üçün hər kəs bütün imkanlarını səfərbər edib Pezeşkiana kömək göstərməlidir.

Xatırladaq ki, İranda prezident seçkilərinin ikinci turunda açıqlanan rəsmi nəticələrə görə, islahatçı Təbriz deputatı və keçmiş səhiyyə naziri Məsud Pezeşkian 53,7 faiz səs toplayaraq ölkənin 9-cu prezidenti seçilib. /bakivaxti.az/


MANŞET XƏBƏRLƏRİ