Tramp açıq desin: Biz dövlətçiliyi itirəcəyik?


Əgər Tramp bu müharibəni necə bitirəcəyini bilirsə, bu gün bizə deməlidir. Əgər Ukraynanın müstəqilliyi üçün risklər varsa, dövlətçiliyimizi itirə biləriksə, buna hazır olmaq, bilmək istəyirik.

Turkustan.az xəbər verir ki, bu sözləri Ukrayna lideri Vladimir Zelenski “Blumberq”ə müsahibəsində deyib.

O əlavə edib ki, keçmiş prezidentin təkliflərini dinləmək üçün Tramp və komandası ilə görüşməyə hazırdır:

“Biz bilmək istəyirik: noyabrda ABŞ-ın güclü dəstəyinə arxalanacağıq, yoxsa tamamilə tək qalacağıq?” /axar.az/


MANŞET XƏBƏRLƏRİ