Ermənistan “rus dabanı yalamağa” başladı – “Hraparak”


Ermənistanın müxalif mediası Baş nazir Nikol Paşinyanın öz siyasətində Rusiyaya doğru dönüş etməyə çalışdığı haqda məlumat yayıb.

Turkustan.az xəbər verir ki, “Hraparak” geosiyasi hadisələrin “bir vaxtlar rusofob olan” Nikola Paşinyanı növbəti dəfə Putinin qucağına itələdiyini iddia edib.

Nəşrin yaydığı məqalədə bildirilib ki, Rusiyanın Ukrayna cəbhəsindəki qələbədən sonra regiona “qayıdacağı” haqda düşüncə onu Qərbdən Rusiyaya üz tutmağa vadar edib:

“Məhz bu səbəbdən bir gün əvvəl AB-yə üzvlüklə bağlı referendumun keçirilməyəcəyi elan edildi və Ermənistanın Rusiya Federasiyasındakı səfiri Vaqarşak Arutyunyan mayın 12-də raket atəşi nəticəsində çökən binaya görə Belqoroda göndərildi. Yaxın gələcəkdə erməni xalqı müxtəlif çaplı erməni hakimiyyət orqanlarının yeni “rus çəkməsini yalama” epizodlarının şahidi olacaq”. /axar.az/


MANŞET XƏBƏRLƏRİ