Rusiya rumıniyalı diplomatı deportasiya etmək qərarına gəldi


Rusiya Xarici İşlər Nazirliyi qarşılıqlı prinsipə uyğun olaraq rumıniyalı diplomatın deportasiya edilməsinə qərar verildiyini bəyan edib.

Turkustan.az xəbər verir ki, nazirlikdən verilən açıqlamada Rumıniyanın Moskvadakı səfiri Kristian İstratenin nazirliyə çağırıldığı bildirilib.

Bəyanatda Rusiyanın Buxarestdəki səfirliyində çalışan diplomatın heç bir əsas olmadan “persona non qrata” elan edildiyi xatırladılıb və bu vəziyyətə kəskin etiraz edildiyi vurğulanıb.

“Qarşılıqlılıq prinsipinə əsaslanaraq, İstrate Rumıniyanın Moskvadakı səfirliyinin diplomatik əməkdaşının Rusiyadan deportasiya ediləcəyi barədə məlumat verilib”, - məlumatda deyilir.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ