Çin Rusiyaya hücum PUA-ları verməyə hazırlaşır


Pekin hazırda Rusiyaya hazır dronların göndərilməsi, yoxsa dronların yığıla biləcəyi komponentlərin tədarükü barədə düşünür

Çin şirkətləri Rusiya üçün Rusiya ordusunun Ukrayna ərazisinə hücum etmək üçün istifadə etdiyi İran “Şahed”inə bənzər hücum pilotsuz təyyarəsi hazırlayır. Turkustan.az xəbər verir ki, məsələ ilə tanış olan avropalı rəsmilər “Bloomberg”ə bildiriblər.

Onların sözlərinə görə, hələ 2023-cü ildə Rusiya şirkətləri çinli tərəfdaşları ilə əməkdaşlıq haqqında danışıqlar aparıb və İranın kamikadze pilotsuz təyyarəsinin analoqunun yaradılmasını təklif ediblər.

Agentliyin həmsöhbətləri qeyd ediblər ki, hazırda pilotsuz təyyarə Rusiyaya göndərilməzdən əvvəl sınaqdan keçirilir. Eyni zamanda, Çin pilotsuz təyyarələrinin Ukraynada hələ də istifadə olunmadığını dəqiqləşdiriblər.

“Bloomberg” mənbələri PUA-ların adını müəyyən etməyiblər, lakin Çinin müdafiə saytları silahın xarici görünüşünə görə İranın “Şahed 136” pilotsuz uçan aparatına bənzəyən “Sunflower 200” adlı kamikadze hücum pilotsuz uçan aparatı olduğunu iddia edirlər.

Avropa rəsmiləri qeyd ediblər ki, Çin Ukraynaya zərbələr endirmək üçün Rusiyaya pilotsuz təyyarələr versə, “qırmızı xətti” keçəcək. Agentliyin mənbələrindən birinin məlumatına görə, Pekin hazırda Rusiyaya hazır dronların göndərilməsi, yoxsa dronların yığıla biləcəyi komponentlərin tədarükü barədə düşünür. /ayna.az/


MANŞET XƏBƏRLƏRİ