“Az qala səhnədə yuxuya gedəcəkdim” – Bayden Trampla debatının yaxşı keçmədiyini etiraf etdi


“Bu, mənim ən yaxşı gecəm deyildi. Amma həqiqət budur ki, mən çox ağıllı davranmadım. Debatdan əvvəl bir neçə ölkəyə səyahət etmək qərarına gəldim, 100-ə yaxın saat qurşağından keçdim. İşçi heyətimi dinləmədim, qayıtdım və az qala səhnədə yuxuya gedəcəkdim”.

Turkustan.az xəbər verir ki, bunu ABŞ Prezidenit Co Bayden bu yaxınlarda prezident seçkilərindəki Respublikaçı namizəd, keçmiş prezident Donald Trampla aralarında baş tutan debatdan danışarkən deyib.

Virciniya ştatının Maklin şəhərində seçilciləri ilə görüşən Bayden, Trampla debatının yaxşı keçmədiyini etiraf edib.

Qeyd edək ki, canlı yayımlanan və 90 dəqiqə davam edən debat zamanı Baydenin bəzən diqqətini cəmləyə bilməməsi, bəzi məqamlarda dediklərini anlaya bilməməsi demokratların narahatlığına səbəb olmuşdu. /azpolitika.info/


MANŞET XƏBƏRLƏRİ