Dağıstanda niqabın qadağan edilməsi ilə bağlı fətva veriləcək


Dağıstan Müftiliyi yaxın vaxtlarda niqabın qadağan edilməsi ilə bağlı fətva verəcək.

Turkustan.az xəbər verir ki, bunu Dağıstanın müftisi Əhməd-Əfəndi Abdulayev deyib.

“Burada tez-tez niqab məsələsi qaldırılır. Rusiyanın hər yerindən bütün dindarlar bu suala cavab verməmək üçün ehtiyatlı davranırlar, mən bu suala cavab vermək qərarına gəldim. Bu gün işçilərimiz bunun üzərində işləyir, niqabın qadağan edilməsinə fətva verəcəyik. Yalnız bir həqiqət olacaq. Quranda deyilir: biri həqiqət var, qalanı səhvdir”, - Abdulayev bildirib.

O əlavə edib ki, fətva bu axşam və ya ertəsi gün veriləcək.

Qeyd edək ki, mayın sonunda Prezident yanında İnsan Hüquqları Şurasının (İHŞ) rəhbəri Valeri Fadeyev bildirib ki, Rusiyada niqab taxmağa qadağa qoyulmalıdır.

Niqab taxmağın qadağan edilməsi təklifini İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin da dəstəkləyib. Onun sözlərinə görə, bunu təcili etmək lazımdır. İstintaq Komitəsinin rəhbərinin qeyd etdiyi kimi, Mahaçqala və Dərbəndə olan hücumlar terrorçular, islamçılar tərəfindən həyata keçirilib. /yeniavaz.com/


MANŞET XƏBƏRLƏRİ