PUA İLƏ VURULAN ƏN BÖYÜK HƏDƏF – Ukrayna ordusundan növbəti uğurlu əməliyyat (VİDEO)


Ukrayna Silahlı Qüvvələri Donbassdan Krıma yanacaq daşıyan nəqliyyat qatarını vurub.

Turkustan.az xəbər verir ki, bu barədə “Telegram” kanallarında video yayılıb.

Paylaşılan kadrları təhlil edən Ukrayna mətbuatı qeyd edib ki, hücum zamanı “Ronins” pilotsuz uçuş aparatından (PUA) istifadə edilib. Məlumata görə, əməliyyat döyüş xəttinin təxminən 30 kilometr dərinliyində aparılıb. Analitiklərə görə, burada diqqət çəkən məqam PUA-ların uçuş məsafəsi yox, rusların döyüş bölgəsindən 30 kilometr məsafədə dəmir yolu xəttindən istifadə etməsidir.

“Bu məqamda vurulan hədəfin mahiyyətini təhlil etməyə dəyər. Görüntülərdə uzunluğu 36 metr olan iki bölməli teplovoz göstərilib. Ümumi çəkisi 276 tona çatır. Bu, PUA ilə vurulan ən böyük hədəf olub”,-deyə məlumatda bildirilib.

Bundan əlavə, material iki nəticəyə yer verilib:

1. Ukrayna Müdafiə Qüvvələrinin imkanları cəbhə xəttindən 20-30 kilometr məsafədə hərəkətdə olan hədəfləri vura biləcək dərəcədə artıb.

2. Rusiya ordusu öz logistikasını təmin etmək üçün Donbas

/azpolitika.info/


MANŞET XƏBƏRLƏRİ