İkinci turda kim daha şanslı olacaq? Məsud Pezeşkian, Səid Cəlili... – AÇIQLAMA


Xəbər verdiyimiz kimi, iyunun 28-də İranda növbədənkənar prezident seçkiləri keçirilib.

İran seçki komissiyasının nümayəndəsi Möhsün Eslami bildirib ki, seçkilərdə heç bir namizəd lazımi qədər səs yığa bilmədiyindən, 2-ci tur keçiriləcək.

Məsud Pezeşkian 10415991, Səid Cəlili 9473298, Məhəmməd Baqer Qalibaf 3383340, Mustafa Purməhəmmədi 206397 səs toplayıb.

Bəs İranda iyunun 28-də keçiriləcək növbədənkənar prezident seçkilərində kimin şansı daha çoxdur? Məsud Pezeşkiannın şansını necə dəyərləndirirsiniz?

Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev Turkustan.az-ın suallarını cavablandırıb.

Ekspert:

Politoloq bildirib ki, “İranda keçirilən prezident seçkilərin əslində islahatçıların gözlədiyi nəticə ilə başa çatıb. Bu gözlənilirdi ki, islahatçıların seçkilərdə ikinci tura namizədi Məsud Pezeşkian seçkidə birinci yerə çıxacaq, yəni bu gözlənilən idi. Çünki islahatçı camiadan əsas önə çıxan o idi. Yəni mühafizəkarlardan fərqli olaraq islahatçılar vahid namizədlə çıxış edirdilər. Ancaqbiz mühafizəkarlarda dağınıqlığın şahidi oluruq, yəni mühafizəkar təbəqədən əsas güclü iki namizədi, parlamentin sədri Məhəmməd Baqer Qalibaf və Səid Cəlili işitirak edirdi.

Gözlənilən o idi ki, hər kəs Qalibafın ikinci tura keçəcəyini gözləyirdi. Amma əksi baş verdi. Seçki prosesində birinci turun seçki kampaniyasında Məhəmməd Baqer Qalibafın seçki kampaniyasının kifayət qədər sönük keçdiyinin şahidi olduq. Prezident seçkilərində təbliğat kampaniyasında da bunun əksinə olaraq Səid Cəlilin çox aktiv şəkildə kampaniya apardığını şahidi olduq. Cəlilinin seçki kampaniyaları belə qənaət formalaşdırmağa əsas verir ki, seçkilərin ikinci turu məhz Məsud Pezeşkian və Cəlili arasında keçəcək. Nə qədər çalışsalar da, Cəlili qalib gələ bilmədi. İkinci turun nəticələrini təbii ki, indidən söyləmək çox çətindir. Çünki bu həftə ərzində 2 debat olub olmalıdır. Namizədlər arasında debatlar çox şey deyəcək. Ancaq öncədən deyim ki, əgər islahatçılar əsasən azərbaycanlılar yaşayan bölgələrdə insanları seçkilərə cəlb edə bilsələr, Məsud Pezeşkian seçkilərdən qalib kimi ayrılacaq. Yox, əgər insanları seçkilərə cəlb edə bilməsələr, hal-hazırda birinci turdakı atmosferdə seçkilər getsə Məhəmməd Baqer Qalibafın da dəstəyi ilə Səid Cəlilinin qalib gəlmə şansı çoxdur”.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ