Qarabaşaq yarması iqlim dəyişikliyinə görə buğdanı əvəz edə bilər - Alimlər


Gələcəkdə qarabaşaq yarması iqlim dəyişikliyinə daha yaxşı müqavimət göstərdiyi üçün buğdanı əvəz edə bilər.

Turkustan.az xəbər verir ki, bu qənaətə İspaniyanın Bask Ölkəsi Universitetinin bask alimləri gəlib. Tədqiqat "Environmental and Experimental Botany" (EEB) elmi jurnalında dərc olunub.

Mütəxəssislərin fikrincə, atmosferdəki karbon qazının CO2 səviyyəsi son bir neçə onillikdə eksponent olaraq artıb və növbəti illərdə də artmağa davam edəcək. Nəticədə istixana effekti artacaq. Qlobal temperatur 3°C arta bilər ki, bu da planetin bir çox yerlərində su qıtlığının artmasına səbəb olacaq.

Taxıl bitkiləri daha uzun və daha şiddətli quraqlıq dövrlərinə, həmçinin yüksək CO2 səviyyələrinə və istiliyə tab gətirməli olacaq.

"Gələcəkdə bir çox ənənəvi dənli bitkilərin (buğda, qarğıdalı və s.) istifadəsi azaldıla və yeni şəraitdə daha yaxşı sağ qalan dənli bitkilərlə əvəz oluna bilər. Məsələn, qarabaşaq, sorqo və s. Ona görə də bu növlərin şiddətli quraqlıq, yüksək temperatur və yüksək CO2 səviyyələri vəziyyətlərinə tab gətirə bilib-bilmədiyini öyrənmək son dərəcə vacibdir",deyə elmi işin müəllifləri qeyd ediblər.

Qrup bitkilərin müxtəlif fizioloji parametrlərini təhlil edərək, qarabaşaq yarmasının dənli taxıl kimi buğdaya alternativ olmaq potensialına malik olduğunu müəyyən edib. Temperatur yüksəldikcə qarabaşaqda fotosintezin səviyyəsi artır və bitki quraqlığa buğdadan daha yaxşı dözür. /qaynarinfo.az/


MANŞET XƏBƏRLƏRİ