Bu ölkədə terror təhlükəsi ilə bağlı qırmızı səviyyə elan edildi


Serbiyanın daxili işlər naziri İvitsa Daçiç terror təhlükəsi ilə əlaqədar qırmızı həyəcan səviyyəsi elan edib.

Turkustan.az xəbər verir ki, bu, insanların sıx olduğu yerlərdə təhlükəsizlik qüvvələrinin sayının əhəmiyyətli dərəcədə artırılmasını nəzərdə tutur.

“Daxili işlər naziri kimi terror təhlükəsi ilə əlaqədar qırmızı həyəcan səviyyəsi elan etdim, bu o deməkdir ki, nazirliyin bütün struktur bölmələrinin rəhbərləri terror təhlükəsi yarandıqda necə hərəkət etmələri ilə bağlı təlimatlara uyğun olaraq dərhal hərəkətə keçm əlidirlər”. – deyə Daçiç vurğulayıb. /konkret.az/


MANŞET XƏBƏRLƏRİ