TƏCİLİ: İsrailin səfirliyinə hücum edildi


İsrailin Belqraddakı səfirliyinə hücum olub.

Turkustan.az xəbər verir ki, Serbiyanın paytaxtında İsrail səfirliyinə təhkim olunan polisə arbaletlə hücum həyata keçirilib.

Serbiyanın daxili işlər naziri İvitsa Daçiç hücumun radikal dindar tərəfindən edildiyini açıqlayıb.

Məlumata görə, hücumu həyata keçirən şəxs məhv edilib, polis əməkdaşı isə ağır yaralanıb.

Polis zabiti Təcili Tibbi Yardım Mərkəzinə çatdırılıb. Onun boynundakı oxu çıxarmaq üçün əməliyyat olunacağı deyilir.

Serbiyanın hüquq-mühafizə orqanları jandarma hücumla bağlı araşdırmalara başlayıb.

Hadisəni törətməkdə şübhəli bilinən daha bir neçə nəfərin saxlanıldığı haqda məlumatlar yayılıb./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ