İsrailin Serbiyadakı səfirliyinə hücum olundu


Serbiyada İsrailin Belqraddakı səfirliyinə hücum edilib. Hücum edən şəxs öldürülüb.

Turkustan.az xəbər verir ki, Serbiya Daxili İşlər Naziri İvica Daçiç mətbuata verdiyi açıqlamada İsrailin Belqrad səfirliyini qoruyan jandarm əməkdaşının hələ kimliyi müəyyən edilməmiş təcavüzkar tərəfindən boğazından arbaletlə vurularaq yaralandığını açıqlayıb.

Daçiç hücumçunun yaralı jandarma əməkdaşının açdığı atəş nəticəsində öldürüldüyünü, sözügedən hadisənin "terror hücumu" olduğunu bildirib.

Jandarm mənsubunun müalicə altında olduğunu bildirən Daçiç hücumun bir çox aspektdən araşdırıldığını qeyd edib.

Daçiç hücumda əli olmaqda şübhəli bilinən şəxsin də saxlanıldığını açıqlayıb.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ