Aİ Belarusa qarşı yeni sanksiyalar tətbiq edib


Aİ Şurasının bəyanatında deyilir ki, Avropa İttifaqı artıq Rusiyaya qarşı tətbiq etdiyi bir sıra sanksiyaları Belarusa da uzadıb. Belə ki, birliyə Belarusdan qızıl, almaz, helium, kömür və mineral məhsullar, xam neft idxalı qadağan edilib.

Turkustan.az xəbər verir ki, bəyanatda xüsusilə qeyd olunur ki, Rusiya Federasiyasına münasibətdə artıq qüvvədə olan məhdudiyyətlərin Belarusa şamil edilməsinə yönəlmiş tədbirlər Rusiya və Belarus iqtisadiyyatları arasında mövcud olan sıx inteqrasiyadan irəli gələn sanksiyalardan yayınma problemini həll edir.

Belarus ərazisindən ikili təyinatlı malların və texnologiyaların tranziti, habelə respublika qeydiyyatında olan avtonəqliyyat vasitələri, o cümlədən qoşqu və yarımqoşqularla yüklərin daşınması qadağan edilib.

Bundan əlavə, Aİ Avropa şirkətlərini Belarusa sanksiya məhdudiyyətlərinə məruz qalan malların təkrar ixracına icazə verməməyə məcbur edir.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ