Rəfsancaninin qızı təbrizli namizədi dəstəkləməyə çağırdı: "Ölkədə zərrə ədalət yoxdur"


İranın 4-cü prezidentinin qızı Faizə Rəfsəncani Məsud Pazeşkiana səs verməyə çağırıb.

Turkustan.az xəbər verir ki, sabiq prezidentin qızı ölkədəki mövcud sistemdən narazılıq edib.

"Bu ölkədə zərrə qədər ədalət yoxdur. Dini lider isə bu ölkəni idarə etmək gücündə deyil. Bu ölkədə ədalətsizlik baş alıb gedir. İran xalqını prezident seçkilərində Məsud Pazeşkiana səs verməyə çağırıram. Bu ədalətsizliyə son qoymalıyıq", - bunu hazırda həbsdə olan, İranın islahatçı qanadının banisi, mərhum prezident Əli Əkbər Haşemi Rəfsəncaninin qızı Faizə Rəfsəncani deyib.


MANŞET XƏBƏRLƏRİ