"Türkiyə-Ermənistan münasibətlərinin yaxşılaşması Azərbaycan-Ermənistan münasibətlərin normallaşmasından asılıdır" - AÇIQLAMA


Ermənistan XİN: Türkiyə ilə diplomatik münasibətlər qurmağın və üçüncü ölkə vətəndaşları, eləcə də diplomatik pasportu olan şəxslər üçün birgə sərhədin açılmasının vaxtı çatıb.

Sizcə Ermənistan-Türkiyə münasibətləri normallaşacaqmı? Ermənistan münasibətlərin normallaşması üçün Türkiyənin şərtlərini qəbul edəcəkmi?

Mövzu ilə bağlı siyasi şərhçi Əziz Əlibəyli Turkustan.az-ın suallarını cavablandırıb.

Əziz Əlibəyliyə vəzifə verildi

Ə. Əlibəyli bildirib ki, “prinsipial baxımdan Türkiyə-Ermənistan münasibətlərində böyük maneə qalmayıb. Bu Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması ilə bağlıdır. Məncə vahid avtomobil yollarının, xətlərinin və vahid logistikanın birləşdirilməsi üçün bütün imkanlar mövcuddur. Bu mənada münasibətlərin gündəmə gəlməsi də bizim aramızdakı sülh müqaviləsinə böyük şəkildə dəstək verən, təsir göstərən amillərdən biridir. Düşünürəm ki, müsbət addımdır.

Bu arada Ermənistan XİN-də bir ay ərzində Azərbaycanla sülh müqaviləsinin yekun mətninin imzalana biləcəyi yönündə pozitiv bəyanatlar verdi. Ümid edirəm ki, arxasında başqa niyyətlər yoxdur və Ermənistan sülhə yönəlik bir dövlət imici yaratmaq məqsədi daşımırsa hər halda müsbət notlarla qəbul edə bilərik”.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ