Aİ-dən xəbərdarlıq: Müharibə qapının astanasındadır...


Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell, "Livan, İsrail və region yeni bir müharibəyə dözə bilməz. Aİ də bundan təsirlənəcək" dedi.

Turkustan.az xəbər verir ki, Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrel və Livanın xarici işlər naziri Bou Həbib arasında görüş keçirilib.

Borrell açıqlamasında deyib: “Mən Livanın xarici işlər naziri Bou Həbib ilə görüşdüm. Biz “Mavi xətt”də gərginliyin dərhal azaldılmasını və hamı üçün məqbul siyasi həll yolunda səyləri necə gücləndirəcəyimizi müzakirə etdik. Livan, İsrail və region başqa bir müharibəyə tab gətirə bilməz. Bundan Aİ də təsirlənəcək. Mən bir daha Aİ-nin Livana və Livan xalqına güclü dəstəyini ifadə etdim. “Aİ Cənubi Livanda sülh və sabitliyin qorunmasında Livan Silahlı Qüvvələrini və Birləşmiş Millətlər Təşkilatının Livan üzrə Müvəqqəti İşçi Qrupunu (UNIFIL) dəstəkləyir.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ