Rus ordusuna dağıdıcı zərbə: Məhv edildi


Rusiya ordusu gecə saatlarında hava və dənizdən raket və “Şahid” tipli PUA-lardan (İran istehsalı) istifadə etməklə Ukraynaya zərbələr endirib.

Turkustan.az xəbər verir ki, xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşuk məlumat verib.

Onun sözlərinə görə, Rusiya hücumda 6 müxtəlif tipli raket və 23 zərbə PUA-sından istifadə edib. Hücum zamanı Ukrayna ərazisinə 1 ədəd “Kinjal” aeroballistik, 4 ədəd “Kalibr” qanadlı və 1 ədəd X-59/X-69 idarəolunan hava raketi atlılıb.

Ukrayna hərbi aviasiyanın qüvvə və vasitələri Rusiyanın 28 hava hədəfini vurub:

4 ədəd “Kalibr”;

1 ədəd X-59/X-69;

23 “Şahid”.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, son sutka ərzində Rusiyanın 1260 hərbçisi məhv edilib. Bununla Rusiyanın canlı qüvvə itkisi 539 320 nəfərə çatıb. Bundan əlavə, göstərilən müddətdə rusların 3 tankı, 9 zirehli döyüş maşını, 61 nəqliyyat vasitəsi, 11 xüsusi avadanlıq və 42 artilleriya sistemi sıradan çıxarılıb. /teleqraf.com/


MANŞET XƏBƏRLƏRİ