Ərdoğandan İsraillə müharibə astanasında olan Livanın baş nazirinə kritik təmas


Prezident Ərdoğan son günlər İsraillə gərginliyin artdığı Livana kritik telefon danışığı edib. Ərdoğan ölkənin baş naziri Nəcib Mikati ilə görüşündə Türkiyənin İsrailin təcavüzkar siyasətinə qarşı Livanın yanında olduğunu bildirib.

Turkustan.az xəbər verir ki, Livanda fəaliyyət göstərən Hizbullahın İsrailin Qəzzaya hücumlarına cavab verməsindən sonra İsrail-Livan sərhədindəki gərginliklə bağlı prezident Ərdoğandan mühüm addım atılıbƏrdoğan Livanın baş naziri Nəcib Mikati ilə telefonla danışıb.

Ərdoğanın Mikati ilə görüşündə İsrailin Livana hücum və təhdidləri, İsrailin Qəzzaya hücumları və bölgədə artan gərginlik müzakirə edilib. Görüşdə Ərdoğan İsrailin təcavüzünün tez bir zamanda dayandırılmasının vacibliyini, İsrailin münaqişəni yaymaq cəhdlərinin son dərəcə təhlükəli olduğunu, Türkiyənin İsrailin təcavüzkar siyasətinə qarşı Livanın yanında olduğunu bildirib.

Ərdoğan həmçinin bildirib ki, beynəlxalq ictimaiyyət və İslam dünyası regional və qlobal sülhü təhdid edən İsrailə gec olmadan “bəsdir” deməlidir.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ