Dünyada de-dollarizasiya prosesi BAŞLADI


Dünya iqtisadiyyatının de-dollarizasiyası artıq baş verir, ABŞ hakimiyyəti öz siyasətləri ilə bu prosesə başlayıb və insanların sadəcə olaraq alternativi yoxdur.

Turkustan.az xəbər verir ki, bu barədə Nyu-York ştatının senatorluğuna müstəqil namizəd Dayan Sayre RİA Novosti-yə müsahibəsində Onun fikrincə, “insanların valyuta spekulyasiyasında istifadə etdikləri boşluğu bağlamaq üçün valyutalar səbətinə və sabit məzənnələrə keçmək lazımdır:bunun milli iqtisadiyyatlar üçün dağıdıcı nəticələri var.

Siyasətçi həmçinin Rusiya və Çinə qarşı sanksiyaların və transatlantik sistemin yenidən qurulmasının əleyhinə danışıb. Onun sözlərinə görə, Vaşinqtonun maliyyə şərtlərinə görə digər ölkələr dollara alternativ axtarır.

Bundan əvvəl Atlantik Şurasının Geoiqtisadiyyat Mərkəzi məlumat vermişdi ki, BRİKS ölkələrinin de-dollarizasiya cəhdləri heç bir nəticə verməyib, üstəlik, son vaxtlar dolların dominantlığı hətta artıb. Təşkilatın hesabatında bir sıra böyük ölkələrin Amerika valyutasına alternativ axtardığı, lakin danışıqların çətin getdiyi bildirilib. /sfera.az/


MANŞET XƏBƏRLƏRİ