Hakan Fidanın Moskova səfərinin əsas səbəbi nədir? – Politoloqdan AÇIQLAMA


Hakan Fidanın Rusiya səfərində nələr müzakirə edilib? Fidanın Moskova səfərinin əsas səbəbi nədir?

Mövzu haqqında politoloq Tural İsmayılov Turkustan.az-ın suallarını cavablandırıb.

Politoloq bildirib ki, “Hakan Fidanın Moskvaya səfər etməsi, burada Sergey Narişkinlə vacib görüş həyata keçirməsi Rusiya ilə Türkiyənin gələcəkdə regional məsələlər, həmçinin qlobal siyasi münasibətlər sistemində hansı ortaq addımları ata biləcəyinin müzakirələrilə xarakterizə olunub:

Eyni zamanda Türkiyə və Rusiya regionun vacib siyasi qüvvələri kimi Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyini də şərh ediblər. Biz bilirik ki, Türkiyə və Rusiya müxtəlif konfliktli coğrafiyalarda təmsil olunublar. İstər Suriyada, istər İraqda, daha sonra isə Qarabağda Rusiya və Türkiyənin sülhün təmin olunması üçün birgə monitorinq missiyası fəaliyyət göstərirdi. Yəni Türkiyə və Rusiyanın bir sıra sahələrdə əməkdaşlığı mövcuddur. Bu rakursdan da Hakan Fidanın Moskva səfərində ən vacib müzakitə mövzularından biri əlbəttə ki, Azərbaycanla Ermənistan arasında münasibətlər olub”.

Politoloq əlavə olaraq bildirib ki, “həmçinin Avropada Fransa başda olmaq üzrə bəlli dairələrin Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin əldə edilməsinə qarşı olduqlarına da diqqət çəkdi:

Hakan Fidanla Narışkinin söhbətlərində özəlliklə Fransa mərkəzli təxribat qruplarının Azərbaycan-Ermənistan münasibətlərini sabotaj etmək üçün atdığı addımlarla bağlı müzakirələrin aparıldığını da düşünürəm. O baxımdan Türkiyə və Rusiya Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyini müxtəlif platformalarda müzakirə edir və bu da davamlı olacaq”.


MANŞET XƏBƏRLƏRİ