Lavrov: "Ermənistan bizim müttəfiqimizdir"


“Rusiya Ermənistanı özünün müttəfiqi hesab edir”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

O bildirib ki, Rusiya Ermənistanı təkcə hüquqi cəhətdən müttəfiq hesab etmir,

“Axı biz Ermənistanla müttəfiqik. Biz hələ də özümüzü müttəfiq hesab edirik. Biz hüquqi müttəfiqik. Düşünürəm ki, təkcə hüquqi cəhətdən deyil, həm də orada Rusiyanın Ermənistanın təhlükəsizliyi və iqtisadi inkişafı üçün əhəmiyyətini anlayanlar var”, - deyə Lavrov mətbuata müsahibəsində bildirib.

Lavrov Vaşinqton və Brüsselin Ermənistanı Rusiya ilə əməkdaşlıqdan ayırmaq üçün etdiyi hərəkətləri “həyasızlıq” adlandırıb.

Nazirn sözlərinə görə, Avrasiya İqtisadi İttifaqından (Aİİ) ən çox Ermənistan faydalanır.

“Proporsional baxımdan ən çox faydanı Ermənistan alır. Ermənistan iqtisadiyyatının 35 faizi Aİİ-də iştirak hesabına həyata keçirilir. Keçən ili götürsək, Ermənistanın ticarət dövriyyəsi iyirmi milyard dollar təşkil edir, bunun 37 faizi Avrasiya İqtisadi İttifaqı, 13 faizi Avropa İttifaqı, üç faizi ABŞ-ın payına düşür”.

“Ermənistan kiçik ölkə olmaqla, Aİİ-yə digərlərindən, o cümlədən maliyyə töhfələrindən qat-qat az töhfə verir, lakin qərarlar qəbul edildikdə, Avrasiya İqtisadi İttifaqının üzvləri səsvermə zamanı Rusiya Federasiyası da daxil olmaqla, hamı ilə tamamilə bərabər hüquqlara malikdir”, - Lavrov qeyd etdi. /Cebhe.info/


MANŞET XƏBƏRLƏRİ