"Hücumun yekunlaşdığını hesab etmək olar". İranın BMT-dəki Nümayəndəliyinin verdiyi bəyanatda bu ifadələr yer alıb.
Turkustan.az xarici mediaya istinadla nümayəndənin bəyanatını təqdim edir:
İranın BMT nizamnaməsinin özünümüdafiə haqqında 51-ci maddəsinə uyğun olaraq həyata keçirdiyi hərbi əməliyyat İsrail rejiminin Dəməşqdəki diplomatik binalarımıza hücumuna cavab idi. Hücumun yekunlaşdığını hesab etmək olar. Lakin, İsrail rejimi növbəti dəfə səhv edərsə, İranın reaksiyası daha sərt olacaq.