Ötən ay (fevral) Türkiyədə istehlak məhsullarının qiyməti və xidmət tarifləri (inflyasiya) əvvəlki ilin eyni dövrü ilə müqayisədə 67,07% bahalaşıb.
Turkustan.az Türkiyə Statistika İdarəsinə istinadən bildirir ki, bu son 15 ayda qeydə alınan ən yüksək göstəricidir. İnflyasiya səviyyəsi sonuncu dəfə 2022-ci ilin noyabr ayında bundan yüksək (84,4%) olub.
Ən yüksək bahalaşma restoran və otel xidmətlərində qeydə alınıb – 94,78%.
Bundan başqa təhsil xidmətləri 91,8%, səhiyyə xidmətləri 81,2%, nəqliyyat xidmətləri 77,98%, qida və içkilər 71,2%, ev əşyaları 62,9%, bahalaşıb.
Ən az bahalaşma geyim və ayaqqabının qiymətlərində qeydə alınıb. Geyim və ayaqqabının qiyməti son bir ildə 43,4% artıb.
Onu da bildirək ki, hazırda Türkiyə dünyada inflyasiya səviyyəsinin ən yüksək olduğu ölkələrin ilk 5-liyində yer alır. /yeniavaz.com/