İsrail Müdafiə Qüvvələri (IDF) Xan Yunisdə genişmiqyaslı hücum barədə məlumat yayıb.
Turkustan.az “Newsru.co.il”-ə istinadən xəbər verir ki, İsrail ordusunun məlumatına görə, martın 3-nə keçən gecə Xan Yunisin qərbində və mərkəzində altı dəqiqə ərzində HƏMAS-ın 50-yə yaxın hədəfi vurulub.
Bundan əlavə, yeraltı infrastrukturlara, hərbi məqsədlər üçün istifadə edilən tikililərə, tank əleyhinə atəş mövqelərinə, tələ binalarına və terrorçuların toplaşdığı yerlərə hücum edilib:
“Sonra genişmiqyaslı diviziya quru hücumu başladı. Əhəmiyyətli ziyan dəyib və çoxlu terrorçu məhv edilib”. /cebheinfo.az/