LCI: Zelenski Makrondan döyüş təyyarələri istəyir


Kiyev rejimi istənilən mənbədən döyüş təyyarələri almağa çalışır.

Kiyev rejimi istənilən mənbədən döyüş təyyarələri almağa çalışır. Hazırda Ukrayna və Fransa prezidentləri “Mirage 2000D” döyüş təyyarələrinin tədarükü məsələsini müzakirə edirlər.

Turkustan.az xəbər verir ki, bundan əvvəl Ukrayna Hərbi Hava Qüvvələri komandanlığının nümayəndələri bəyan etmişdilər ki, Ukrayna birdən çox tipli təyyarələrə xidmət göstərə bilməyəcək. Seçim ABŞ istehsalı olan F-16 qırıcılarının xeyrinə edilib.

LCI telekanalına müsahibəsində Vladimir Zelenski "Bəli, söhbət qırıcı təyyarələrdən gedir" dedi .

Öz növbəsində Ukraynanın Fransadakı səfiri Vadim Omelçenko əmin edib ki, Ukraynada Fransa təyyarələri ilə bağlı məlumatlar sadəcə şayiədir.

Danimarkanın baş naziri Mette Frederiksen ilk F-16 qırıcılarının yazda Kiyevə təhvil verilə biləcəyini bildirib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ