Fələstinin baş naziri istefa verdi


Fələstinin baş naziri Məhəmməd Ştiyye istefa ərizəsini prezident Mahmud Abbasa təqdim etdiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, Fələstinin baş naziri Məhəmməd Ştiyye işğal altındakı İordan çayının qərb sahilinin Ramallah şəhərində keçirilən hökumətin həftəlik iclasında çıxış edib.

İstefasını Fələstin prezidenti Abbasa təqdim etdiyini bildirən Ştiyye, istefa qərarını 20 fevral çərşənbə axşamı günü Abbasa şifahi şəkildə çatdırdığına diqqət çəkib.

İştiyə Qəzza zolağında baş verən proseslər fonunda qarşıdakı dövrdə hökumət səviyyəsində yeni tənzimləmələrə ehtiyac olduğunu bildirib .

Fələstin rəhbərliyini bir inzibati alətə çevirmək üçün səylərin olduğuna diqqət çəkən Ştiyye, Fələstin rəhbərliyinin İsrailin tətbiqlərinə qarşı mübarizəsini davam etdirəcəyini bildirib.

Ştiyye Fələstin dövləti qurulana qədər İsrailə qarşı mübarizəni davam etdirəcəklərini vurğulayıb.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ