Putin Paşinyanla görüşə hazırlaşır?


“Hazırda Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında təmas qurulması ilə bağlı plan yoxdur”.

Turkustan.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi Kremlin sözçüsü Dmitri Peskova istinadən məlumat yayıb.

Məlumata görə, Paşinyan dekabrın sonunda Sankt-Peterburqa qeyri-rəsmi görüşə gəlsə, bu, iki lider arasında dialoq üçün əla fürsət olacaq.

“Belə bir görüşün keçirilməsi Putinin planlarında varmı?” sualına Peskov “Hazırda yox” cavabını verib.

Kreml nümayəndəsi dekabrın sonunda Sankt-Peterburqda Yeni il qabağı ənənəvi tədbirlərin keçirilməsinin planlaşdırıldığını xatırladıb.

“Fakt budur ki, həmin tədbirlər sırf bayram xarakteri daşımayacaq”, - deyə Peskov söyləyib. /Musavat.com/


MANŞET XƏBƏRLƏRİ