Ermənistanın ən böyük “Apaven” Nəqliyyat-logistik şirkətinin direktoru Qaqik Ağacanyan hesab edir ki, “Yuxarı Lars” Nəzarət Buraxılış Məntəqəsinin bağlanmasının Ermənistan-Rusiya əlaqələrinin kəsilməsi deməkdir.
Turkustan.az xəbər verir ki, Q. Aqacanyan “NEWS.am”-a müsahibəsində bildirib ki, “Yuxarı Lars” Nəzarət Buraxılış Məntəqəsinin bağlanması adi hadisə deyil.
“Bu Ermənistan-Rusiya əlaqələrinin kəsilməsinin simvoludur. Ermənistan 400 min tona taxılın əsas hissəsini Rusiyadan idxal edir”, – direktor vurğulayıb. /Report/