London və Afina arasında böhran: Yunan mətbuatından İngiltərə baş nazirinə sərt sözlər - FOTO


Osmanlı dövründə İngiltərəyə aparılan Elgin Mərmərləri İngiltərə ilə Yunanıstan arasında diplomatik böhrana səbəb oldu. Sunakın Mitsotakislə görüşünü ləğv etməsi Yunanıstanı sarsıtdı. Yunan mətbuatı da İngiltərə baş nazirini lənətləyib.

Turkustan.az xəbər verir ki, Yunanıstanın baş naziri Kiriakos Mitsotakis bazar günü İngiltərəyə üç günlük səfərə gedib. Səfər çərçivəsində çərşənbə axşamı Yunanıstanın baş naziri Mitsotakis ilə britaniyalı həmkarı arasında görüş planlaşdırılırıb.

Lakin Mitsotakisin BBC-də yayımlanan “Elgin Mərmərləri” ilə bağlı açıqlamaları reaksiyaya səbəb olub. Mitsotakisin İngiltərə baş naziri Rişi Sunak ilə planlaşdırdığı görüşü ləğv edilib və ona baş nazirin müavini Oliver Dovden ilə görüş təklif olunub.

Böhrandan sonra Mitsotakis verdiyi yazılı açıqlamada, "İngiltərə baş nazirinin saatlar əvvəl planlaşdırılan görüşü ləğv etməsindən narahatlığımı bildirirəm" dedi.

İngiltərə Baş nazirinin Dauninq-stritdəki ofisindən verilən açıqlamada Yunan tərəfi "ziyarət zamanı tarixi abidələr mövzusunu gündəmə gətirməmək vədini yerinə yetirməməkdə" günahlandırılıb.

Sunakın Mitsotakislə görüşünü ləğv etməsi Yunan müxalifətini və xüsusilə radikal fikirləri ilə önə çıxan Yunan qəzetlərini çox hiddətləndirib.

“Siyasət” qəzeti “Sunak... Ərdoğanın yeniçəri” başlığı ilə çıxış edib.

“Elefteri Ora” adlanan qəzet isə Sunakın “hind” kökünə istinad edərək onu “siçovul üzlü” kimi qələmə verib, manşetdə söyüşlər yağdırıb.

Eltac/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ