İsrailə ikinci cəbhə açıldı


İsrail ordusunun üç mövqeyinə hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Turkustan.az xəbər verir ki, atəşə cavab olaraq İsrail Müdafiə Qüvvələri Livanın ərazilərindən birinə silsilə hücumlar həyata keçirib. "Əl-Mayadeen" telekanalının məlumatına görə, Livanın cənubundakı Kfar Şuba kəndi hücuma məruz qalıb. Bəyanatda deyilir: “Bir qrup "Hizbullah" döyüşçüsü Fələstin müqaviməti ilə həmrəylik əlaməti olaraq Livanın Şeba fermalarında İsrail ordusunun mövqelərinə hücum edib".

"Hizbullah" bildirib ki, hücumlar nəticəsində çoxlu sayda raket və mərmi İsrail ordusunun radar stansiyasına düşüb. Xatırladaq ki, İsrail Qəzzadan görünməmiş raket hücumu ilə üzləşib və bu zaman onun ərazisinə 3000-dən çox raket atılıb. Bundan əlavə, onlarla HƏMAS yaraqlısı İsrailin cənub sərhədlərinə sızıb. Hücuma cavab olaraq Fələstin HƏMAS hərəkatının hərbi qanadı İsrailə qarşı "Əl-Əqsa tufanı" əməliyyatı elan edib. İsrail Müdafiə Qüvvələri isə Qəzza zolağında HƏMAS-a qarşı "Dəmir Qılıncla"r əməliyyatına başlayıb.

İsrailin Baş naziri Benyamin Netanyahu xalqa müraciət edərək, ölkənin müharibə vəziyyətində olduğunu və ehtiyatda olan hərbçilərin geniş səfərbər edilməsi əmri verdiyini açıqlayıb. Bu arada İsrail ordusu əhalinin məskunlaşdığı əraziləri təmizləməyə davam edir. İsrail Müdafiə Qüvvələri (IDF) Livanda cavab zərbələri endirir. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

İsrail ordusunun "X" (keçmiş "Twitter") sosial şəbəkəsində verdiyi açıqlamada "İsrail artilleriyası hazırda Livanda bir neçə dəqiqə əvvəl İsrail ərazisinə atəş açılan ərazini hədəfə alır",-deyilir.

İsrail Ordusu “bütün ssenarilərə” hazır olduğunu bəyan edib və Silahlı Qüvvələr “İsrail Dövlətinin sakinlərinin təhlükəsizliyini qorumağa davam edəcəyini" bildirib. /Cebhe.info/


MANŞET XƏBƏRLƏRİ