"Ukrayna ABŞ-ın Kiyev üçün vəsait ayrılmasını nəzərdə tutmayan müvəqqəti büdcə qanununun qəbulu fonunda Vaşinqtondan xəbərdarlıq alıb".
Turkustan.az xəbər verir ki, bunuAli Radanın deputatı Yaroslav Jeleznyak öz teleqram kanalında bildirib.
Onun sözlərinə görə, Birləşmiş Ştatlar Ukrayna hakimiyyətinə müraciət edib, ona əsasən, 45 gün ərzində Ukraynada korrupsiya qalmaqalı olmamalıdır.
Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatası ölkənin növbəti maliyyə ili üçün müdafiə büdcəsi layihəsindən Ukraynaya 300 milyon dollar ayrılması ilə bağlı bəndin çıxarılması təklifini dəstəkləyib. /teleqraf.com/