Ukrayna hərbçiləri Baxmut ərazisinin bəzi mövqelərində daha 450 metr irəliləyib.
Turkustan.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Şərq Qüvvələri Qrupunun sözçüsü Sergey Çerevatı deyib.
"Bəzi mövqelərdə əks-hücum hərəkətlərimiz zamanı bölmələrimiz 350-450 m məsafəyə qədər irəliləyə bilib", - Ukrayna rəsmisi bildirib.
O bildirib ki, rusların Baxmut istiqamətində aktivliyində azalma müşahidə olunur. /yenisabah.az/