Meksikanın Gerrero əyalətinin Akapulko şəhərinin şimalındakı bir qəsəbədə torbalarda 5 cəsəd tapılıb. Hadisə ilə bağlı heç bir təfərrüat verilməsə də, prokurorluq araşdırmaya başladığını açıqlayıb.Meksikanın Gerrero əyalətinin Akapulko şəhərində dəhşətli qətllər törədilib. Şəhərdə torbalarda 5 meyit tapılıb. Prokurorluq hadisə ilə bağlı araşdırma başlatsa da, mövzu ilə bağlı məlumat paylaşmayıb .
Yerli mətbuatda əksini tapan xəbərlərdə "edam olunanların meyitlərinin parçalanaraq torbalara qoyulduğu" qeyd olunub. Sahil şəhəri Akapulko ən azı 15 ildir narkotik kartellərinin zorakılıq hərəkətlərinin şahidi olan şəhərlər sırasındadır.