Türkiyənin İsraildəki yeni səfiri kimdir? - DOSYE


Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailə səfir təyini ilə bağlı fərman imzalayıb. Fərmana görə, Şakir Özkan Torunlar Türkiyənin İsraildəki səfiri təyin olunub.

Turkustan.az bildirir ki, Şakir Özkan Torunlar 1960-cı ildə Türkiyənin Mersin şəhərində anadan olub.

O, TED Ankara kollecini bitirdikdən sonra Ankara Universitetinin siyasi elmlər fakültəsinə qəbul olub. 1982-ci ildə universiteti bitirib.

Torunlar 1983-cü ildə Türkiyə Xarici İşlər Nazirliyində fəaliyyətə başlayıb. O, 2008-2010-cu illərdə Türkiyənin Banqladeşdəki səfiri, 2010-2014-cü illərdə isə Qüdsdə baş konsul vəzifələrində çalışıb.

Şakir Özkan Torunlar 17 yanvar 2017-ci ildən 2021-ci ilin mayına qədər Türkiyənin Hindistanda səfiri olub. 2021-ci ildən Xarici Siyasət Məsləhət Şurasının üzvü olan Torunlar ingilis və fransız dillərini bilir.

Xatırladak ki, bundan əvvəl, İsrail Ankaradakı sabiq müvəqqəti işlər vəkili İrit Lillianı Türkiyədə səfir vəzifəsinə təyin edib. (modern.az)


MANŞET XƏBƏRLƏRİ