ABŞ Prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq keçən həftə İngiltərənin paytaxtı Londonda keçirilən Rusiya-Ukrayna sülh danışıqları nəticəsində Ukrayna tərəfi ilə 22 konkret fəaliyyət planı üzərində razılaşdıqlarını açıqlayıb.
Turkustan.az xəbər verir ki, Kelloq Fox News-a müsahibəsində Rusiya və Ukrayna arasında aparılan sülh danışıqları ilə bağlı açıqlamalar verib.
Kelloq keçən həftə Londonda Böyük Britaniya, Fransa və Almaniyadan ibarət E3 ölkələrinin nümayəndələri ilə ABŞ və Ukrayna arasında Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün aparılan danışıqlara toxunaraq deyib: "Ukraynalılarla çox açıq və çətin danışıqlardan sonra çox yaxşı vəziyyətdə olduğunu düşündüyümüz 22 konkret fəaliyyət planı üzərində razılaşdıq".
O, Ukraynanın fəaliyyət planından "tam qane olmadığını" vurğulayaraq, bunun normal olduğunu, lakin danışıqlar üçün "hələ də kifayət qədər yaxşı vəziyyətdə olduqlarını" əlavə edib.
Ukrayna tərəfi ilə geniş konsensusun əldə edildiyini bildirən Kelloq, "Artıq növbə Rusiyanındır. Bu, hərbi baxımdan son 100 metr kimidir. Ən çətin mərhələdəyik, lakin hədəfə çox yaxınıq" deyib.
Aytən Yaşar/ Turkustan.az