Türkiyədən Pakistana silah yüklənmiş 6 təyyarə göndərilməsi barədə yayılan iddialar həqiqəti əks etdirmir.
Turkustan.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Türkiyə Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk deyib.
“Bəzi KİV-lərin Türkiyədən Pakistana 6 təyyarə dolusu silah göndərilməsi ilə bağlı iddiaları doğru deyil. Sadəcə Türkiyədən yola düşən nəqliyyat təyyarəsi yanacaq doldurmaq üçün Pakistana enib. Ardınca təyin olunmuş marşrut üzrə hərəkətini davam etdirib. Səlahiyyətli şəxs və qurumların açıqlamaları xaricində yayılan spekulyativ xəbərlərə etibar olunmamalıdır”, – Aktürk bildirib.