Türkiyə may ayında Azərbaycana gözlənilən səfəri zamanı İsrail Baş naziri Benyamin Netanyahunun təyyarəsinin hava məkanından keçməsinə icazə verib.
Turkustan.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Azerbaijani-İsraeli Alliance Global Nyus” məlumat yayıb.
“Bu, Azərbaycanın İsrail və Türkiyə arasında gərginliyin azaldılmasına yönəlmiş vasitəçiliyinin kiçik, lakin simvolik uğurunu ifadə edir”, – məlumatda qeyd olunub.
Qeyd olunub ki, 2024-cü ilin noyabrında Türkiyə İsrail Prezidenti İshaq Hersoqun Bakıda keçirilən COP29 sammitində iştirakını onun təyyarəsinin hava məkanından keçməsinə icazə verməməklə faktiki olaraq əngəlləyib./globalinfo.az