ABŞ Pakistan-Hindistan toqquşması ilə bağlı açıqlama yaydı


ABŞ Dövlət Departamentinin sözçüsü Tammy Brüs Cammu və Kəşmirdəki terror aktı ilə əlaqədar Pakistan və Hindistan arasında "gərginliyi artırmamağa" çağırıb.

Turkustan.az xəbər verir ki, Brüs gündəlik mətbuat konfransında Yaxın Şərqdəki hadisələrlə bağlı mətbuat mənsublarının suallarını cavablandırıb.

Pakistan və Hindistan arasında baş verən hadisələri izlədiklərini ifadə edən sözçü: "Səlahiyyətliləri məsuliyyətli bir həll üçün birlikdə işləməyə təşviq edirik. Dünya bunu izləyir" dedi.

Brüs bölgədəki gərginliyin daha da artırılmaması lazım olduğunu vurğulasa da, ABŞ dövlət katibi Marko Rubionun hər iki ölkənin xarici işlər nazirləri ilə görüşəcəyi barədə məlumatı paylaşıb.

Aytən Yaşar /Turkustan.az


MANŞET XƏBƏRLƏRİ