Rusiya-Ukrayna müharibəsində 600 Şimali Koreya əsgəri həlak olub.
Turkustan.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya parlamentinin üzvü Li Son Kvun ölkənin kəşfiyyat xidmətinə istinadən bildirib.
Onun sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə Şimali Koreya əsgərlərinin ümumi itkisi 4700 nəfər təşkil edir. Onların təxminən 600-nün döyüşlərdə həlak olduğu qeyd olunur.
“Həlak olanların meyitləri Kursk şəhərində yandırılıb, qalıqları isə Şimali Koreyaya qaytarılıb”, – deyə deputat vurğulayıb. /Musavat.com/