Zelenski “Moskva paradını vuracağıq” dedi - Rusiya bu cavabı verdi


Ukrayna prezidenti Vladimir Zelenski və komandası münaqişənin sülh yolu ilə həlli səylərinə zərbə vurur.

Turkustan.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Telegram kanalında bildirib.

O, Zelenskinin Kiyevin mayın 9-da Moskvada keçiriləcək Qələbə Paradına hücum planlarına eyham vurmasını belə şərh edib.

“Canlı efirdə sözün əsl mənasında terror aktları planlaşdırdığı halda, Kiyev tərəfindən hansı “barışıqdan” danışmaq olar?” - Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi deyib.

"Zelenski və onun ekstremist dəstəsi sülh səylərinə zərbə vurur. Hətta bununla öyünürlər. Əslində klassik terrorçular belə edir", - diplomat yekunlaşdırıb.

Zelenski videomüraciətində bildirib ki, Rusiya davam edən hərbi əməliyyatlardan narahat olmalı və qeyd-şərtsiz və tam atəşkəsə razı olmalıdır. "İndi onlar paradlarının sual altında olduğundan narahatdırlar və narahat olmaqda haqlıdırlar", - Ukrayna lideri deyib. /publika.az/


MANŞET XƏBƏRLƏRİ