Hindistan 24 saata Pakistana müdaxilə edəcək - Nazir


Hindistan növbəti sutka ərzində Pakistana hərbi müdaxiləyə başlaya bilər.

Turkustan.az xəbər verir ki, bu barədə Pakistanın informasiya və yayım naziri Attaulla Tarara X səhifəsində yazıb.

O, etibarlı kəşfiyyat məlumatlarına əsasən belə bir informasiyanı paylaşdığını bildirib:

“Hindistanın yaxın 24-36 saat ərzində Pakistana qarşı hərbi əməliyyat keçirmək niyyətində olduğuna dair etibarlı kəşfiyyat məlumatlarına malikik".

Qeyd edək ki, artıq Cammu bölgəsində tərəflər arasında atışmalar başlanıb. /axar.az/


MANŞET XƏBƏRLƏRİ