ABŞ prezidenti Donald Tramp Rusiyanı çox güclü hərbi güc adlandırıb.
Turkustan.az xəbər verir ki, o, bu barədə jurnalist Qlen Bekə müsahibəsində bildirib.
"Rusiya çox güclü hərbi gücdür, amma Ukrayna yox. O, köməksiz öhdəsindən gələ bilməz"- deyə, Ağ Ev rəhbəri Kiyevi "Javelin" tank əleyhinə raket kompleksləri ilə təchiz edənin məhz onun olduğunu xatırladıb.
Tramp həmçinin Vladimir Zelenskini Oval kabinet görüşündə davranışına görə tənqid edib: “Mən Ukraynadakı münaqişəyə son qoymaqdan danışırdım və o, onların təhlükəsizliyə zəmanətlərə ehtiyacı olduğunu qışqırmağa başladı”.
Aytən Yaşar/ Turkustan.az