İngiltərə Fələstinin dərhal tanınması çağırışlarını rədd etdi


Böyük Britaniyanın Yaxın Şərq üzrə dövlət katibi Hamiş Falkoner ölkəsinin Fələstin dövlətini tezliklə tanıması çağırışlarını rədd edib.

Turkustan.az xəbər verir ki, Hamiş Falkoner İngiltərə parlamentində keçirilən iclasda Fələstin Baş naziri Məhəmməd Mustafanın Londona rəsmi səfərini dəyərləndirib və deputatların suallarını cavablandırıb.

Sessiyada çıxış edən Britaniya Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Emili Tornberri İngiltərə hökumətini iyun ayında Fələstin dövlətinin tanınması üçün Fransaya qoşulmağa çağırıb.

Thornberry deyib ki, bu, Britaniyanın regionda iki dövlətli həllə nail olmaq səylərində “növbəti ciddi addım” olacaq.

Nazir Falkoner Fələstin dövlətinin dərhal tanınması çağırışlarını rədd edərək, Thornberry-nin tələbinə baxmayaraq hökumətin mövqeyinin eyni və dəyişməz qaldığını bildirib.

Falkoner: "Biz Fələstin dövlətini tanımaq istəyirik, bunu iki dövlətli həllə töhfə olaraq etmək istəyirik və mümkün olan ən yaxşı töhfəni vermək üçün ən uyğun zamanın nə vaxt olduğuna qərar verəcəyik. Bu səhər Fələstin baş nazirinə dediyim kimi, bizim məsuliyyətimiz yerdəki vəziyyətin reallığıdır"-deyə, bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ