Lavrov: “Rusiya ABŞ-la münasibətlərini inkişaf etdirəcək”


Moskva Vaşinqtonla münasibətləri inkişaf etdirəcək, lakin onun strateji tərəfdaşlarının ziyanına olmayacaq.

Turkustan.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BRİKS-in xarici siyasət qurumlarının rəhbərlərinin Braziliyada keçirilən görüşünün yekunları üzrə deyib.

Onun sözlərinə görə, BRİKS ölkələri üçün Moskva ilə Vaşinqton arasında münasibətlərin necə inkişaf etdiyini başa düşmək vacibdir.

“Bu, bir çox çıxışlarda və nazirlərin görüşü zamanı etdiyim çoxsaylı təmaslarda eşidildi”- deyə, nazir bildirib.

“Biz ABŞ-la münasibətlərimizi şəffaf şəkildə və əlbəttə ki, strateji tərəfdaşlarımız və həmfikirlərimizlə ənənəvi, möhkəm əlaqələrimizə zərər vermədən qurmağa davam edəcəyik”-deyə, o vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ