Ağ Evin sözçüsü Leavitt mətbuat brifinqində Rusiya-Ukrayna müharibəsi ilə bağlı prosesin vəziyyətini dəyərləndirib.
Turkustan.az xəbər verir ki, Leavitt bu müharibənin Co Baydenin yaratdığı müharibə olduğunu müdafiə edərək, Trampın prezident olacağı təqdirdə Rusiya prezidenti Vladimir Putinin ümumiyyətlə müharibəyə başlamayacağını irəli sürüb.
"Prezident Tramp Ukrayna və Rusiya ilə bağlı çox mürəkkəb və uğursuz vəziyyətlə bağlı optimist, lakin realist olaraq qalır"-deyə, Leavitt bildirib.
İki ölkənin sülh razılaşmasına çatmaq üçün daha sürətli hərəkətə keçməsi lazım olduğunu qeyd edən Leavitt: "Bəsdir. Prezident bunun döyüş meydanında deyil, danışıqlar masası arxasında bitməsini istədiyini açıq şəkildə ifadə etdi. Hər iki tərəfdən ictimai güzəştlər və atəşkəs təklifləri var. Prezident daimi atəşkəs istədiyini açıqladı"-deyə, vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az