İran-Azərbaycan yaxınlaşması hansı ölkələri narahat edir? - Bu yeni bir başlanğıcdır - ŞƏRH


İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian aprelin 28-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. 44 günlük Vətən müharibəsindən sonra bu, İran prezidentinin Bakıya ilk səfəridir.

Müharibədən sonra İran hakimiyyətinin yürütdüyü ikitərəfli və regional siyasət səbəbindən tərəflər arasında gərginlik yaranmışdı.

Məhz ona görə bu görüş 2 ölkə arasındakı münasibətlərdə yeni başlanğıc, yeni səhifə kimi dəyərləndirilir. Ancaq görünən odur ki, Azərbaycan-İran yaxınlaşması bəzi ölkələri narahat edir. Maraqlıdır görəsən, bu görüşdən sonra narahat olan ölkələrin münasibətlərində hər hansısa bir dəyişiklik ola bilər ki? Turkustan.az olaraq sualımızı siyasi şərhçi Samir Hümbətova ünvanladıq.

Samir Humbatov on X: "Samir Hümbətov:

Pezeşkianın səfəri uzun müddətdir soyuq olan İran-Azərbaycan münasibətlərini düzəltmək üçün atılan bir addım kimi dəyərləndirilə bilər. Düzdür, mən düşünmürəm ki, Ermənistan İrandan belə rahatlıqla vaz keçər, yaxud da İsrail Azərbaycandan. Təbii ki, burada biz fikirləşə bilərik ki, adıçəkilən görüş bu ölkələri qıcıqlandırır. Amma başqa bir tərəfdən də ola bilər ki, Pezeşkianın səfəri İran- İsrail münasibətlərinin normallaşması üçün bir addımdır. Yaxud da Ermənistan- Azərbaycan münasibətləri ilə bağlı da nələrsə danışıla bilər. Amma hər vəziyyətdə bu birinci İran- Azərbaycan münasibətlərinə təsir edəcək. Onu da bildirim ki, hökumətlər arasında müəyyən dairələr olur ki, onlar da bu görüşə müsbət reaksiya vermirlər. Gözlənti ondan ibarətdir ki, İran-Azərbaycan arasında bir yumşalma, münasibətlərin düzəlməsinə təkan verici addımlar atıla bilər. Düşünürəm ki, onlar da Azərbaycanı və İran maraqlarını qorumaq nöqteyi nəzərindən qəbul edərlər ki, hər dövlətin öz marağı var.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ