ABŞ mətbuatı: Putin bu 4 bölgəni istəyir


ABŞ prezidenti Donald Trampın Rusiya ilə Ukrayna arasındakı münaqişəni diplomatiya yolu ilə bitirmək cəhdləri davam etsə də, hələlik razılıq əldə olunmayıb.

Turkustan.az xəbər verir ki, Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff ötən həftə Rusiya prezidenti Vladimir Putinlə görüşüb.

Görüşün konstruktiv keçdiyi və danışıqların davam etdiriləcəyi bildirilib.

Bloomberg-in Moskvadakı üç fərqli mənbəyə istinadən verdiyi xəbərə görə, Rusiya prezidenti Vladimir Putin atəşkəs təklifi müqabilində Ukraynanın 4 bölgəsinə nəzarət tələb edib.

Xəbərə görə, Putin bütün Zaporojya, Luqansk, Xerson və Donetskin Rusiyanın nəzarətinə verilməsini istəyir.

Rusiya prezidenti Putin bundan əvvəl dörd bölgənin əbədi olaraq Rusiyaya birləşdiyini açıqlamışdı. Lakin rus ordusu hər dörd bölgəyə nəzarəti saxlaya bilmədi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ