Zelenski: Ukrayna ərazisini itirmədən davamlı sülh istəyir


Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, onlar öz ölkələrinin ərazilərini itirmədən davamlı sülhə nail olmaq istəyirlər.

Turkustan.az xəbər verir ki, Ukrayna Prezidentliyindən verilən yazılı açıqlamaya görə, Zelenski Polşanın paytaxtı Varşavada keçirilən Üç Dəniz Təşəbbüsünün 10-cu sammitinə videokonfrans vasitəsilə qatılıb.

Sammitdə liderlərə müraciət edən Zelenski “Üç dəniz təşəbbüsü” formatının davam etdirilməsindən məmnunluğunu ifadə edib.

İspaniya və Portuqaliyada elektrik enerjisinin kəsilməsinə toxunan Zelenski bu cür problemlərlə birgə mübarizə aparmaq üçün oxşar formatların vacibliyini vurğulayıb.

Enerji məsələləri və kiberhücumlarla mübarizədə zəngin təcrübəyə malik olduqlarını bildirən Zelenski: "Ukraynanın bənzərsiz bilik və təcrübəsi var və biz bunları paylaşmağa hazırıq. Xüsusilə enerjinin regionumuzda ilk hədəflərdən biri ola biləcəyi bir vaxtda" dedi.
Sammitdə iştirak edən ölkələri Rusiyadan gələcək təhdidlərə qarşı təhlükəsizlik sahəsində əməkdaşlığa çağıran Zelenski: “Ukrayna bunu Üç Dəniz formatında həyata keçirməyi təklif edir” deyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ